Xəzər Xəbər

Ötən həftə Azərbaycanda koronavirusdan 1002 nəfər sağalıb

Cəmiyyət | 11:42 • 13 Sentyabr 2020
Ötən həftə Azərbaycanda koronavirusdan 1002 nəfər sağalıb

Avqustun 31-dən sentyabrın 6-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 1020 yoluxma faktı qeydə alınıb.


Xezerxeber.az "koronavirusinfo.az” saytına istinadla xəbər verir ki, son üç həftə ərzində ən az yoluxma halı məhz ötən həftə müşahidə olunub. Belə ki, həmin göstərici 17-23 avqust həftəsində 1055, 24-30 avqust həftəsində isə 1035-ə bərabər olub.


Avqustun 31-dən sentyabrın 6-dək, həmçinin koronavirusdan 1002 nəfər sağalıb. Sağalanların sayında da artım qeydə alınıb. Belə ki, avqustun 24-dən 30-dək olan həftədə 710 sağalma müşahidə olunub. Ötən həftə isə sağalanların sayı avqustun 24-dən 30-dək olan göstəricidən 292 nəfər çox olub.


Bununla yanaşı, keçən həftə koronavirusdan 17 nəfər vəfat edib. Bu da son dörd həftə ərzində ən yuxarı göstəricidir. Belə ki, ölüm sayı avqustun 10-dan 16-dək 16, avqustun 17-dən 23-dək 12, avqustun 24-dən 30-dək isə 13 olub.

Xəbər lenti