Xəzər Xəbər

Təhsil Nazirliyi 6 fənn üzrə vakansiya seçiminə başlayıb

Cəmiyyət | 22:16 • 9 Sentyabr 2020
Təhsil Nazirliyi 6 fənn üzrə vakansiya seçiminə başlayıb

Bu ilin 31 avqust - 4 sentyabr tarixlərində Azərbaycan dili (dövlət dili kimi), alman dili, ingilis dili, kimya, riyaziyyat və texnologiya fənləri üzrə işə qəbul imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.


Təhsil Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, kimya fənni üzrə ümumi təhsil müəssisələrinə keçid balı 30, digər fənlər üzrə isə 36 müəyyənləşdirilib.


Namizədlər 10 sentyabr saat 14:00-dan 11 sentyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq elektron ərizələrində vakansiya seçimi edə biləcəklər.


Qeyd edək ki, 31 avqust - 4 sentyabr tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları üzrə apelyasiya müraciətlərinə baxılıb və nəticə barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti