Xəzər Xəbər

Şar üfürmək olmaz Pulmonoloqdan XƏBƏRDARLIQ

Cəmiyyət | 10:25 • 4 Avqust 2020
Şar üfürmək olmaz

Koronavirusdan sonra ciyərləri bərpa etməyin bir neçə yolu var, amma internetdə dərc olunmuş bəzi məsləhətlər təhlükəli ola bilər.


Rusiya KİV-i xəbər verir ki, bunu Sankt-Peterburqun 2 saylı çoxprofilli xəstəxanasının pulmonoloqu İrina Kroşkina deyib.


Onun sözlərinə görə, xəstəlikdən sağalandan sonra şar üfürmək olmaz, çünki bu, ağciyərləri gücə salır. Ağciyər toxuması zəifləmiş olduğundan pnevmotoraks (havanın plevra boşluğunda yığılması, ağciyərin tam və ya qismən kollapsına səbəb olur) əmələ gələ bilər. Həmçinin bronxların "dezinfeksiyası” üçün yağlı inhalyasiyalar etməyə də gərək yoxdur. Efir yağı respirator boruya düşdükdə alveolit başlaya bilər (ağciyər alveollarının iltihablaşması ilə fibroz əmələ gəlməsinə meyllilik).


"Tibbi ədəbiyyatda "yağlı pnevmoniyalar” təsvir olunub, bunlar, yeri gəlmişkən, çox ağır keçirilir. Nəfəs yollarına havadan başqa heç nə keçməməlidir”, - pulmonoloq qeyd edib.


O, ağciyərlərin bərpasında müsbət nəticə verə biləcək metodları açıqlayıb. Həkimin sözlərinə görə, rahat templə piyada gəzmək çox xeyirdir. Bu zaman çubuqdan (əsadan) da istifadə etmək olar. Tədricən isə həm yerişin intensivliyini artırmaq, həm də marşrutu uzatmaq gərəkdir. Həmçinin saman çöpü ilə suyun üzərinə üfürmək olar: "Ləng surətdə hava alın, dördəcən sayıb nəfəsinizi saman çöpüylə verin – nəfəs verməyiniz almağınızdan 1,5 dəfə uzun olmalıdır, yəni nəfəs verərkən 6-dək saymaq lazımdır”./Publika.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti