Xəzər Xəbər

Bayram günlərində marşrut avtobusları işləyəcək? – AÇIQLAMA

Cəmiyyət | 18:26 • 29 İyul 2020
Bayram günlərində marşrut avtobusları işləyəcək?

Bu həftə müsəlman dünyası Qurban bayramını qeyd edəcək. Bayram münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günüdür.


XəzərXəbər qazet.az-a istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun "2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.


1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.


Belə olan halda cümə və bazarertəsi günü də ictimai nəqliyyat işləyəcəkmi?


Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, sərt karantin rejimi ilə əlaqədar həftənin şənbə və bazar günü ictimai nəqliyyat fəaliyyətini dayandırır. Lakin bu həftənin cümə və növbəti həftənin bazar ertəsi bayramla əlaqədar ictimai nəqliyyatın işləyib-işləməyəcəyi ilə bağlı rəsmi qərar yoxdur.


Sözügedən tarixlərdə ictimai nəqliyyatın fəaliyyətini dayandırması yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı ola bilər.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti