Xəzər Xəbər

DOST mərkəzləri 5 avqusta kimi xüsusi iş rejimində işləyəcək

Cəmiyyət | 11:16 • 18 İyul 2020
DOST mərkəzləri 5 avqusta kimi xüsusi iş rejimində işləyəcək

DOST mərkəzləri fəaliyyətini 5 avqusta kimi xüsusi iş rejimində davam etdirəcək.


DOST Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejiminin 5 avqust tarixinədək uzadılması ilə əlaqədar DOST mərkəzlərində vətəndaşların qəbulu növbəti 2 həftə ərzində məhdudlaşdırılacaq.


Vətəndaşların müraciətlərinə yalnız e-poçt və Çağrı Mərkəzi 142 vasitəsi ilə baxılacaq. DOST mərkəzləri və Çağrı Mərkəzi 142 şənbə və bazar günü fəaliyyət göstərməyəcək.


Vətəndaşların müraciətləri aşağıda qeyd olunan e-poçt ünvanları vasitəsilə cavablandırılacaq:


1 saylı Bakı DOST Mərkəzi


Pensiya üzrə müraciətlər: dost1_pensiya@sosial.gov.az


Müavinətlər üzrə müraciətlər: dost1_muavinat@sosial.gov.az


Təqaüdlər üzrə müraciətlər: dost1_taqaud@sosial.gov.az


Məşğulluq üzrə müraciətlər: dost1_mashgullug@sosial.gov.az


Ümumi məsələlər üzrə müraciətlər: dost1@sosial.gov.az


2 saylı Bakı DOST Mərkəzi


Pensiya üzrə müraciətlər: dost2_pensiya@sosial.gov.az


Müavinətlər üzrə müraciətlər: dost2_muavinat@sosial.gov.az


Təqaüdlər üzrə müraciətlər: dost2_taqaud@sosial.gov.az


Məşğulluq üzrə müraciətlər: dost2_mashgullug@sosial.gov.az


Ümumi məsələlər üzrə müraciətlər: dost2@sosial.gov.az


3 saylı Bakı DOST Mərkəzi


Pensiya üzrə müraciətlər: dost3_pensiya@sosial.gov.az


Müavinətlər üzrə müraciətlər: dost3_muavinat@sosial.gov.az


Təqaüdlər üzrə müraciətlər: dost3_taqaud@sosial.gov.az


Məşğulluq üzrə müraciətlər: dost3_mashgullug@sosial.gov.az


Ümumi məsələlər üzrə müraciətlər: dost3@sosial.gov.az


Vətəndaşlar həmçinin e-sosial.az portalında e-Xidmətlər (https://e-sosial.az/#/eServices) bölməsinə və ya e-gov.az portalının "Bütün xidmətlər” (https://www.e-gov.az/az/services) bölməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adını seçməklə göstərilən e-xidmətlərdən istifadə edə bilərlər.

Xəbər lenti