Xəzər Xəbər

Koronavirusa qarşı yeni dərmanlar tapılıb

Cəmiyyət | 15:15 • 9 İyul 2020
Koronavirusa qarşı yeni dərmanlar tapılıb

Cənubi Florida Universitetinin alimləri və onların Arizona Universitetindən olan həmkarları "SARS-CoV-2"yə qarşı bir neçə potensial dərman tapıblar.


Xezerxeber.az-ın "lenta.ru"ya istinadən verdiyi məlumata görə, aşkarlanmış birləşmələr insanın hüceyrələrində koronavirusun replikasiyasını dayandıra bilər.


Tədqiqatçılar müəyyən ediblər ki, "FDA" tərəfindən təsdiqlənmiş hepatit C virusuna qarşı tətbiq edilən "boceprevir" dərmanı və viruslara qarşı istifadə olunan "GC-376" dərmanı virusun yayılmasında və yeni hüceyrələrin yoluxmasında əsas rol oynayan "Mpro" proteazını hədəf alır. Mütəxəssislər uzun müddətdir ki, "Mpro"nu "SARS" və "MERS"ə səbəb olan "SARS-CoV-2"yə genetik cəhətdən oxşar viruslara qarşı yönəlmiş dərmanların hədəfi kimi qəbul edirlər.


"GC-376" yoluxucu peritonitə səbəb olan ölümcül koronavirusa yoluxmuş pişiklərin müalicəsi üçün potensial dərmandır.


Koronavirusa qarşı dərmanlar arasında həmçinin "calpain II" və "calpain XII" inhibitorları da yer alıblar.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti