Xəzər Xəbər

Coğrafiya İnstitutunda Kür çayının problemləri araşdırılır

Cəmiyyət | 15:04 • 6 İyul 2020
Coğrafiya İnstitutunda Kür çayının problemləri araşdırılır

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Kür çayının problemləri araşdırılır.


Bu barədə AZƏRTAC-a institutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov məlumat verib. Coğrafiyaçı alim Kür çayında suyun səviyyəsinin aşağı enməsi məsələlərinə aydınlıq gətirib.


Çayda suyun azalmasının səbəblərindən danışan alim bildirib ki, Azərbaycanın su ehtiyatının 70 faizi qonşu ölkələrdə formalaşıb respublika ərazisinə gələn suyun səviyyəsindən asılıdır. 2014-cü ildən başlayaraq son 6 il ərzində Azərbaycana daxil olan Kür suyunun həcmi 25 faiz azalıb. Neftçala, Salyan rayonlarında aparılan tədqiqatlar zamanı 60 kilometr ərazidə Xəzərin Kürə qarışdığı müşahidə edilib. Bu səbəbdən sakinlər şirin su qıtlığından əziyyət çəkirlər.


Alim yaranmış vəziyyəti düzəltmək üçün təcili olaraq Kürün deltasını Xəzər dənizinə qovuşan yerdə asılı materiallardan və gildən təmizləməyin vacib olduğunu vurğulayıb. O qeyd edib ki, əks təqdirdə, Kürün suyu artarsa, bu, daşqınlara səbəb ola bilər. M.Həsənov bildirib ki, qlobal istiləşmə ilə əlaqədar buxarlanmanın artması, buzlaqların, eləcə də yağıntıların azalması Kürdə suyun səviyyəsini aşağı salan səbəblərdəndir. O, həmçinin istifadə olunmuş suyun təmizləndikdən sonra dənizə axıdılmasını israfçılıq hesab edərək onun təkrar emalını məqsədəuyğun hesab edib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar