Xəzər Xəbər

Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə onlayn müsahibələrə başlanılıb

Cəmiyyət | 18:02 • 1 İyul 2020
Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə onlayn müsahibələrə başlanılıb

İyulun 1-dən etibarən Dövlət İmtahan Mərkəzi tərəfindən daxili müsahibələrin onlayn qaydada keçirilməsinə başlanılıb.


Mərkəzdən xezerxeber.az-a bildirilib ki, müsahibələrin onlayn qaydada təşkili haqqında təlimata uyğun olaraq namizədlərin yalnız tibbi maska və bədən hərarəti yoxlanıldıqdan sonra müsahibə binasına buraxılmalarına icazə verilib.


Müsahibələr videokonfrans şəklində keçirilir. Namizədlər onlayn müsahibələrə Mərkəzin müvafiq inzibati binalarında xüsusi proqram təminatı vasitəsilə qoşulurlar. Burada namizədlər müsahibənin keçirilməsi üçün lazım olan zəruri avadanlıqla təchiz edilirlər, qaydalar izah olunur və onlayn müsahibənin keçiriləcəyi videokonfrans proqramına qoşulma təmin edilir.


Müsahibə başa çatan kimi komissiya üzvləri tərəfindən müsahibənin gedişi müzakirə edilir və namizədin qiymətləndirilməsi aparılaraq nəticələr müvafiq sistemə daxil edilir.

Xəbər lenti