Xəzər Xəbər

Rusiyadan çarter reysi ilə daha 152 nəfər Azərbaycana gətirilib - FOTO

Cəmiyyət | 20:32 • 17 İyun 2020
Rusiyadan çarter reysi ilə daha 152 nəfər Azərbaycana gətirilib -

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirib.


AZAL-dan xezerxeber.az-a verilən məlumata görə, həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıdıb.


Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdirilib.

Xəbər lenti