Xəzər Xəbər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi vətəndaşların qəbulunu dayandırdı

Cəmiyyət | 14:09 • 16 İyun 2020
Bakı Şəhəri üzrə Təhsil İdarəsi vətəndaşların qəbulunu dayandırdı

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il iyulun 1-dək fəaliyyətini dayandırıb.

BŞTİ-dən xezerxeber.az-a bildirilib ki, qeyd olunan dövr ərzində müraciətlər Təhsil İdarəsinin Məlumat sorğu mərkəzi (Telefon: 012-599-12-22) vasitəsilə cavablandırılacaq.

Vətəndaşlar, həmçinin idarənin rəsmiinfo@baku.edu.gov.az,mailform@baku.edu.gov.azelektron ünvanlarına müraciət edə bilərlər. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları və ya digər müvafiq sənədləri idarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər.

Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Xəbər lenti