Xəzər Xəbər

Ofis daxilində koronavirusdan qorunma QAYDALARI

Cəmiyyət | 11:28 • 12 İyun 2020
Ofis daxilində koronavirusdan qorunma

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ofis daxilində koronavirusdan qorunmaq üçün qaydaları açıqlayıb.


TƏBİB-dən xezerxeber.az-a bildirilib ki, ofis binalarının əməkdaşları, sahibkarlar və menecerlər ofis daxilində COVID-19 infeksiyasından qorunmaq üçün bu qaydalara əməl etməlidirlər:


-Əməkdaşlar COVID-19 haqqında maarifləndirilməli, ofisdə gigiyenaya riayət etməyə təşviq etməklə bağlı posterlər yerləşdirilməlidir.


- Xəstəliyi olan əməkdaşlar ofis binasına buraxılmamalı və evdə izolyasiya olunmasına şərait yaradılmalıdır.


- Ofisdə asqırarkən və ya öskürərkən ağız və burun birdəfəlik salfetlə örtülməlidir.


- Ofis birdəfəlik salfetlərin atılması üçün qapalı zibil qabları ilə təmin olunmalıdır.


- Ofis əlləri dezinfeksiya etmək üçün içində dezinfeksiyaedici məhlul olan dispenserlərlə təchiz olunmalıdır.

Xəbər lenti

Çox oxunanlar