Xəzər Xəbər

DİM vətəndaşların qəbulunu dayandırır - SƏBƏB

Cəmiyyət | 14:32 • 9 İyun 2020
DİM vətəndaşların qəbulunu dayandırır -

Buraxılış (qəbul) imtahanlarının keçirilməsi ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin (DİM) Bakı şəhərində yerləşən inzibati binalarında və regional bölmələrində iyunun 10-da və 11-də vətəndaşların qəbulu həyata keçirilməyəcək.


DİM-dən xezerxeber.az-a bildirilib ki, vətəndaşların qəbulu iyunun 12-də və daha sonrakı iş günlərində (imtahan günləri istisna olmaqla) davam etdiriləcək.


Xatırladaq ki, DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və regional bölmələrində vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.


Vətəndaşlardan yalnız zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur.


Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.

Xəbər lenti

Çox oxunanlar