Xəzər Xəbər

Bakıda 80-dən artıq stasionar post və məntəqə təşkil edilib

Cəmiyyət | 15:13 • 8 İyun 2020
Bakıda 80-dən artıq stasionar post və məntəqə təşkil edilib

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşları şəhər ərazisində gücləndirilmiş iş rejimində xidmətlərini davam etdiriblər.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən xezerxeber.az-a bildiriblər ki, paytaxtın inzibati ərazisi, küçə və prospektləri, eləcədə avtomobil yolları yol polisi tərəfindən tam nəzarətə götürülüb. Bunun üçün 80-dən artıq stasionar post və yeni yoxlama məntəqələri təşkil edilib. Bakı şəhərində dezinfeksiya işləri aparılmaqla yanaşı, küçələrdə yalnız xüsusi icazəsi olan avtomobillərin hərəkəti müşahidə edilib və hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb. Bütün bunlara aparılan gündəlik təbliğat işlərinin sayəsində nail olunub. İkigünlük xüsusi karantin rejimində sürücülər və vətəndaşlar polislə birlikdə həmrəylik göstəriblər. Həmrəylik səviyyəsinin yüksəlməsi onu göstərir ki, doğurdanda biz birlikdə güclüyük.

Xəbər lenti