Xəzər Xəbər

Psixoloji dəstək üçün 146-3 “Qaynar xətt” istifadəyə verilib

Cəmiyyət | 11:26 • 6 Aprel 2020
Psixoloji dəstək üçün 146-3 “Qaynar xətt” istifadəyə verilib

Bu gündən Təhsil Nazirliyinin yeni 146-3 "Qaynar xətt” xidməti istifadəyə verilib.

Nazirlikdən bildirilib ki, ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən "Qaynar xətt” xidməti ilə əlaqə yarada bilərlər. Əlaqə yaradan hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstək göstəriləcək.

146-3 "Qaynar xətt” xidməti həftəiçi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Xəbər lenti