Xəzər Xəbər

Bir sıra işçilər üçün icbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti artırılır

Cəmiyyət | 13:57 • 27 Mart 2020
Bir sıra işçilər üçün icbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti artırılır

Azərbaycanda qeyri-neft sektorunda çalışan şəxslərə icbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti 2022-ci il yanvarın 1-dək uzadılır.

Bununla bağlı məsələ Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq "Tibbi sığorta” haqqında qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

İndiyə qədər bu müddət 2021-ci il yanvarın 1-dək nəzərdə tutulurdu. Güzəştlər muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Milli Məclis və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üçün nəzrdə tutulurdu.

Qeyd edək ki, Milli Məclis martın 30-da keçiriləcək plenar iclasında Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddətinin uzadılmasını müzakirə edəcək. Dəyişikliyə əsasən, icbari tibbi sığorta 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti