Xəzər Xəbər

Karantin dövründə insanlar arasındakı təmas məsafəsi necə tənzimlənməlidir?

Cəmiyyət | 16:24 • 18 Mart 2020
Karantin dövründə insanlar arasındakı

"COVID-19-un yayılmasına qarşı mübarizə məsələsində tədbirlərin qadağan edilməsinin mənası yoxdur, çünki insanlar arasındakı məsafə daha vacibdir”.

Xarici mətbuat xəbər verir ki, bu açıqlamanı yoluxucu xəstəliklər üzrə yapon mütəxəssisi və epidemioloq Sato Akihiro verib.

"Əhəmiyyətli olan, toplananlar arasındakı məsafə və tədbirin baş verdiyi yerdir, insanların sayı deyil. Küçədə risk azalır”, - deyə mütəxəssis əlavə edib.

Onun sözlərinə görə, aradakı məsafənin 1,5-2 metr olması daha təhlükəsizdir və görüş küçədə baş verməlidir. Eyni zamanda insanların öz aralarında danışmaları tövsiyə edilmir.

Xatırladaq ki, bu yaxınlarda alimlər qan qrupunun koronavirusa yoluxma riskinə təsirini izah etmişdi. Tədqiqat nəticəsində Çin virusoloqu ikinci qan qrupu olan insanlarda COVID-19-a yoluxma riskinin əhəmiyyətli dərəcədə yüksək olduğu qənaətinə gəlib./Publika.az

Xəbər lenti