Xəzər Xəbər

ÜST: Koronavirusdan 3112 nəfər ölüb

Cəmiyyət | 13:52 • 4 Mart 2020
 ÜST: Koronavirusdan 3112 nəfər ölüb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 3-nə olan məlumatı açıqlayıb.


Xezerxeber.az-ın xəbərinə görə, təşkilatın məlumatına əsasən, son 24 saat ərzində Andorra, İordaniya, Latviya, Mərakeş, Portuqaliya, Səudiyyə Ərəbistan, Seneqal və Tunisdə koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.


Təsdiqlənmiş yoluxma hallarının sayı:


Dünyada: 90 870 (1922 yeni)


Çində: 80 304 130 yeni)


2946 ölüm halı (31 yeni)


Çinin xaricində:


10 566 yoluxma halı (1792 yeni)


72 ölkə (8 yeni)


166 ölüm halı (38 yeni)


ÜST koronavirusla bağlı risk qiymətləndirilməsini Çində, regional və qlobal səviyyədə çox yüksək hesab edir.

Xəbər lenti