Xəzər Xəbər

“Sığortaolunanın Tibbi Kabineti” “myGov” portalına inteqrasiya olunub

Cəmiyyət | 13:43 • 21 Fevral 2020
“Sığortaolunanın Tibbi Kabineti” “myGov” portalına inteqrasiya olunub

Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən "myGov” elektron hökumət portalına daha bir sistem inteqrasiya olunub.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən xezerxeber.az-a verilən xəbərə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) "Sığortaolunanın Tibbi Kabineti” adlı elektron xidmətinin "MyGov” portalına inteqrasiyası həyata keçirilib.


Artıq vətəndaşlar tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətləri "MyGov” portalından "Sığortaolunanın Tibbi Kabineti”nə daxil olaraq izləyə bilərlər. Bunun üçün "MyGov” portalında qeydiyyatdan keçən vətəndaş öz profilinə daxil olaraq açılan pəncərədə "Qurumlar üzrə” bölməni, sonra Agentliyin adına daxil olaraq "Sığortaolunanın Tibbi Kabineti” xidmətini seçməlidir. Növbəti səhifədə "Xidmət səhifəsinə keçin” xanasına daxil olaraq vətəndaş tibb müəssisələrinə müraciətlərini, qoyulan diaqnozları, tibbi xidmətlərin və laborator analizlərin nəticələrini, xəstəliyinin tarixçəsini görə bilər. Həmçinin "Sığortaolunanın Tibbi Kabineti” xidməti vasitəsilə vətəndaş Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, sığorta statusu və icbari tibbi sığorta haqqı borcu barədə məlumat əldə edə bilər. Hazırda kabinetin istifadə imkanlarının və səmərəliliyinin artırılması istiqamətində işlər davam etdirilir.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən "myGov” portalında hər bir vətəndaş öz şəxsi kabineti üzərindən "eAgro”, "eSatınalma, "Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, "ASAN Ödəniş”, "eSosial”, "eHərrac”, Azərbaycan Dövlət Reklam Agentliyinin "İcazələr” sisteminə daxil ola bilər. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 690 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa "myGov”-da vətəndaşlara ilkin olaraq 17 növ bildiriş xidməti də göstərilir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti