Xəzər Xəbər

Qan təzyiqini dərmansız azaltmağın asan yolu açıqlandı

Cəmiyyət | 10:52 • 16 Fevral 2020
Qan təzyiqini dərmansız azaltmağın asan yolu açıqlandı
Almaniyalı kardioloq dərmandan istifadə etmədən yüksək qan təzyiqini azaltmağın asan yolunu açıqlayıb. 

Belə ki, Münhen Texniki Universitetinin Profilaktika və İdman Təbabəti Mərkəzinin rəhbəri Martin Halın sözlərinə görə, gündəlik 15 dəqiqəlik gəzinti təzyiqin beş-səkkiz millimetr civə sütununa qədər azalmasına gətirib çıxarır. O, həmçinin qeyd edib ki, fin yerişini (iki çubuqla yerimə - red.), velosiped sürməyi və asta yerişi də gündəlik məşqlərə əlavə etmək olar, lakin orqanizmi yükləməməyi də tövsiyə edib.


Ekspert, həmçinin yüngül pəhriz saxlamağı, məsələn, tərkibində çoxlu miqdarda duz olduğu üçün kolbasa, pendir və çörəyi rasiondan çıxararaq, onları tərəvəzlə əvəz etməyi tövsiyə edib.

Xəbər lenti

Çox oxunanlar