Xəzər Xəbər

Ötən ay Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb

Cəmiyyət | 14:03 • 10 Fevral 2020
Ötən ay Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb

Bu ilin yanvar ayında Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı açıqlanıb.


Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, siyahıda uşaqlara ən çox qoyulmuş 10 ad yer alıb.


İlk beşlikdə oğlan uşaqlarına qoyulan Yusif, Uğur, Hüseyn, Əli və Raul, qız uşaqlarına qoyulan Zəhra, Məryəm, Fatimə, Mələk və Zeynəb adları yer alıb.

Həmçinin qeyd olunub ki, 2020-ci ildə yeni doğulmuş körpələrdən oğlan uşaqlarına Murad, Ömər, Ayxan, Məhəmməd, Tunar, qız uşaqlarına isə Ayan, Aylin, Nuray, Dəniz və Nilay kimi adların verilməsi də üstünlük təşkil edib.

Xəbər lenti