Xəzər Xəbər

525 saylı avtobus sərnişinlə "zapravka"ya girdi - VİDEO

Cəmiyyət | 14:23 • 3 Fevral 2020
525 saylı avtobus sərnişinlə "zapravka"ya girdi -

Dəfələrlə avtobusların sərnişinlə dolu yanacaqdoldurma məntəqəsinə daxil olması və sərnişinlərin həyatını təhlükəyə atmaları ilə bağlı xəbər təqdim etmişik. Hətta buna görə sürücülərdən cəzalananlar da olub. Ancaq buna baxmayaraq hələ də belə avtobus sürücüləri var. Və bununla bağlı daha bir görüntü yayılıb. 

İçərisində sərnişin olan avtobus Masazır qəsəbəsində yanacaqdoldurma məntəqəsinə daxil olaraq yanacaq vurdurub. Bununla da sərnişinlərin həyatını təhlükəyə atıb.

Söhbət 525 saylı marşrut xətti üzrə sərnişin daşıyan avtobusdan gedir. Sərnişinlərdən birinin çəkdiyi görüntüdən aydın olur ki, sürücü özünün və sərnişinlərin həyatını təhlükəyə ataraq yanacaqdoldurma məntəqəsinə daxil olub. 

Bəs bu sürücünü hansı cəza gözləyir?

"Yol hərəkəti haqqında" qanuna görə, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır. Belə halda yol polisi sürücünü 3 cərimə balı və 60 manat miqdarında cərimə edə bilər.

Xəbər lenti

Çox oxunanlar