Xəzər Xəbər

Şəhid ailələri və Qarabağ əlillərinin mənzil təminatı yaxşılaşdırılacaq

Cəmiyyət | 20:04 • 16 Yanvar 2020
Şəhid ailələri və Qarabağ əlillərinin mənzil təminatı yaxşılaşdırılacaq

Şəhid ailələri və Qarabağ əlillərinin mənzil təminatının yaxşılaşdırılması üçün işlər görüləcək.


Xezerxeber.az-ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.


Tədbirlər Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi 2020-ci ilin sonunadək Şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil təminatının yaxşılaşdırılmasını təmin etmək tapşırılıb.

Xəbər lenti

Çox oxunanlar