Xəzər Xəbər

TƏBİB Balakəndə məktəblinin ölümü ilə bağlı məlumat yayıb

Cəmiyyət | 16:19 • 14 Yanvar 2020
TƏBİB Balakəndə məktəblinin ölümü ilə bağlı məlumat yayıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Balakəndə məktəblinin ölümü ilə bağlı məlumat yayıb.


TƏBİB-dən APA-ya daxil olan məlumatda bildirilir ki, yanvarın 11-də saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib. Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb.


12.01.2020 tarixində saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib.


Uşaq valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti