Xəzər Xəbər

Bəzi çaylarda sululuq artıb

Cəmiyyət | 15:04 • 11 Yanvar 2020
Bəzi çaylarda sululuq artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla onun 110, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan çox olmaqla normanın 160, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla normanın 70-110 faizini təşkil edir.


Departamentdən xezerxeber.az-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 98 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla normanın 60 faizinə bərabərdir.


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 25 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 35 faizini təşkil edir.


Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 3 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 111 kubmetrə bərabərdir. Bu da ongünlük normaya yaxın olmaqla normanın 82 faizini təşkil edir.


Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 3 santimetr artaraq 421, Şirvan məntəqəsində 4 santimetr azalaraq 277, Salyanda 1 santimetr azalaraq 207, Bankə məntəqəsində 3 santimetr azalaraq 193, Araz çayının Novruzlu məntəqəsində isə 9 santimetr azalaraq 140 santimetr təşkil edir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti