Xəzər Xəbər

Bakıda uşaqların ögey anaları tərəfindən döyülməsi faktı ilə bağlı araşdırmalara başlanıldı

Cəmiyyət | 10:41 • 9 Dekabr 2019
Bakıda uşaqların ögey anaları tərəfindən döyülməsi faktı ilə bağlı araşdırmalara başlanıldı

Azyaşlı uşaqların ataları və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması faktı öz təsdiqini taparsa, həmin şəxslər nəinki valideyn hüququndan məhrum ediləcək, hətta onlar cinayət məsuliyyətinə də cəlb edilə bilərlər.


Bu barədə Oxu.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsininİnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.


Onun sözlərinə görə, araşdırmalar yalnız Komitətərəfindən deyil, eyni zamanda, hüquq-mühafizə orqanları ilə birgə aparılır:


"İki azyaşlının ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları faktı ilə bağlı hazırda araşdırma aparılır. Araşdırmaların sonunda ortaya çıxan məqamlar əsasında mövcud vəziyyətlə bağlı hansı tədbirlərin görüləcəyinə qərar veriləcək.


Amma onu deyim ki, uşaqların işgəncələrə məruz qalması faktı öz təsdiqini taparsa, bu məsələ valideyn hüquqlarının məhrum edilməsinə qədər gedib çıxa bilər. Hətta nəinki valideyn hüququnun əllərindən alınması, araşdırmanın nəticələrindən asılı olaraq inzibati və cinayət məsuliyyətinə belə cəlb edilə bilərlər.


Ümumiyyətlə uşaqların nəinki valideynləri, qohumları, heç bir şəxs və ya şəxslər tərəfindən fiziki, psixoloji və ya hər hansı başqa zorakılıq növlərinə məruz qalmaları yolverilməzdir”.


E.Səfərovqeyd edib ki, məsələ ilə bağlı ərazi üzrə Sabunçu Rayon İcra Hakimiyyətində monitorinq komissiyası yaradılıb və araşdırma davam etdiyi müddətdə Dövlət Komitəsi ilə informasiya mübadiləsi aparılır:


"Bu məsələdə Dövlət Komitəsinin Hüquq və Uşaq şöbələrində araşdırmalara başlanılıb. Bütün hallarda ilk növbədə uşaqların maraqları nəzərə alınmalıdır. Sadəcə olaraq, biz yekun məlumat vermək üçün mütləq şəkildə hüquq-müafizə orqanları ilə birgə aparılan araşdırmaların nəticələrini gözləməliyik.


Fərqi yoxdur, ata-ana ögeydir, yoxsa doğma, əgər həmin şəxslərə valideynlik hüququ verilibsə, onlar bu hüquqdan sui-istifadə edə, uşaqlara qarşı laqeyd münasibət sərgiləyib, zorakılıq edə bilməz.


Qanunla həmin şəxslər fiziki zorakılıq törədiyi və himayəsində olan uşağa laqeyd münasibət göstərdiyi üçün məhkəmə qərarına əsasən, öz hüquqlarını itirir. Hazırda bu məsələ istiqamətində araşdırma aparılır. Gün ərzində məsələ ilə bağlı yeniliklər olarsa, biz məsələ ilə bağlı hansı tədbirlərin görüləcəyi barədə məlumat verəcəyik.


Uşaqların təhlükəsizliyi baxımından hazırda onların harada saxlanıldığı barədə məlumat vermirik. Çünki ilk növbədə biz uşaqların maraqlarının müdafiəsinə çalışırıq. Ola bilər ki, qohumları onlara psixoloji təzyiq göstərə bilər”.


Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları ilə bağlı məlumatlar və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb.


İddia edilir ki, körpə ikən doğma anaları vəfat edən azyaşlı qardaşlar sonradan başqa bir qadınla evlənən atasının himayəsində qalıblar. Bundan sonra isə uşaqların ögey anaları tərəfindən dəfələrlə döyülüb, işgəncələrə məruz qalmaları iddia edilir.


Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar