Xəzər Xəbər

Siqaret və məşq ölümə yaxınlaşdırır Baş narkoloq xəbərdarlıq etdi

Cəmiyyət | 14:52 • 26 Noyabr 2019
Siqaret və məşq ölümə yaxınlaşdırır

Moskvanın baş narkoloqu Valeri Lıkov siqaret çəkənlər üçün idmanın zərərlərindən, eyni zamanda elektron siqaretin mənfi tərəflərindən danışıb.

XəzərXəbər xəbər verir ki, həkimin sözlərinə görə, elektron siqaret adi siqaret qədər təhlükəlidir və pis vərdişdən yaxa qurtarmağa kömək etməyəcək:

"O, stressi aradan qaldırmır. Əksinə, orqanizmi tüstü ilə zəhərləyir. Siqaretin fəsadlarını idmanla kompensasiya etmək mümkün deyil. Siqaret və məşq ürək-damar sisteminə mənfi təsir edir. Xəstəlik riskini yüksəldir. Araşdırma sayəsində məlum olub ki, siqaretdən imtina edən şəxslərdə 3-9 ay sonra tənəffüs sistemi 10% bərpa olunur. 5 ildən sonra isə infarkt riski 2 dəfəyədək azalır"./publika.az

Xəbər lenti

Çox oxunanlar