Xəzər Xəbər

Ana südü ilə bağlı proqram hazırlanır

Cəmiyyət | 11:12 • 17 Oktyabr 2019
Ana südü ilə bağlı proqram hazırlanır

Azərbaycanda ana südü ilə bağlı UNİSEF və Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiya tərəfindən geniş proqram hazırlanır.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri, baş neonatoloq Rüstəm Hüseynov bildirib.

Onun sözlərinə görə, anaların südlə qidalandırmaq sahəsində bilikləri yetərincə deyil. Buna görə də tibb işçiləri tərəfindən ana südünün dəstəklənməsi ilə bağlı təbliğat aparılır.

Baş neonatoloq Azərbaycan xəstəxanalarında yenidoğulanlara həyatlarının ilk saatlarında ana südünün verilməməsi ilə bağlı deyilən fikirlərə də münasibət bildirib: "Bu, Azərbaycanda nadir hallarda baş verir. Mən öz xəstələrimə övladlarını ana südü ilə qidalandırmağı tövsiyə edirəm. "Qurani-Kərim"də də deyilib, tibb də bəyan edir ki, uşaqlara iki il ana südü verilməlidir".

R.Hüseynov ana südü vasitəsilə uşağa hər hansı xəstəliyin keçməsi məsələsinə də münasibət bildirib: "Heç bir infeksiya ana südü ilə uşağa keçə bilməz. Yalnız ana ağır dərmanlar qəbul edərsə, bunun fəsadları ola bilər".

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti