Xəzər Xəbər

Müddətli müqavilə ilə işə qəbul üzrə üçüncü tura qeydiyyat yekunlaşıb

Cəmiyyət | 11:30 • 30 Sentyabr 2019
Müddətli müqavilə ilə işə qəbul üzrə üçüncü tura qeydiyyat yekunlaşıb

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tura qeydiyyat başa çatıb.


Təhsil Nazirliyindən bildiriblər ki, prosesdə 4 min 113 nəfər iştirak edib, onlardan 4 min 23 nəfər vakansiya seçimi edərək elektron ərizəsini təsdiqləyib.


Müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu prosesində builki müsabiqədə vakant yer tutmayan, 2018-ci və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslər iştirak ediblər. Namizədlərə 4 vakant yer seçmək imkanı verilib.


Elektron yerləşdirmənin nəticələri barədə məlumat gün ərzində namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Xəbər lenti