Xəzər Xəbər

Xərçəngdən daha təhlükəli 5 ölümcül xəstəlik

Cəmiyyət | 09:51 • 26 Sentyabr 2019
Xərçəngdən daha təhlükəli 5 ölümcül xəstəlik

Həkimlər onkoloji xəstəliklərdən daha qorxulu beş ölümcül xəstəliyin adını açıqlayıb.

XəzərXəbər saglamolun.az-a istinadən bildirir ki, bədxassəli şişlər belə bəzən erkən diaqnoz zamanı müalicə olunur, amma bəzi xəstəliklər var ki, insan üçün bir şans belə saxlamır.

Bunlardan biri Creutzfeldt - Jakob və ya "dəli inək" xəstəliyidir. Xəstəlik beyin və onurğa beyninə, sinir uclarına təsir edərək onları tədricən məhv edir. Bu xəstəlik nəticəsində xəstə həyat üçün vacib olan duyğulardan məhrum olur.

İkinci yerdə ölümcül yuxusuzluq gəlir. Bu, 7 aydan 3 ilə qədər davam edən, insanı tədricən öldürən, hallüsinasya və panik-ataklarla müşahidə olunan irsi xəstəlikdir.

Növbəti yerə həkimlər vəhşi heyvanların dişləməsi nəticəsində orqanizmə yaradan daxil olan infeksiya nəticəsində yaranan quduzluğu qoyur. İnkubasiya müddəti bir neçə gündən üç aya qədər davam edir.

"Federal Xəbər Agentliyi" bildirir ki, iki həftə ərzində quduza yoluxmuş şəxs peyvənd olunmazsa, quduzluq müalicəolumaz mərhələyə keçir və xəstə ürək iflici, ya da nəfəs darlığından ölür.

Digər ölümcül xəstəlik Marburg hemorraq qızdırmasıdır ki, başqa adı "yaşıl meymun xəstəliyi"dir. İnfeksiya bədənə açıq yara və selikli qişa vasitəsilə daxil olur. Xəstənin temperaturu kəskin şəkildə yüksəlir, bir neçə gün sonra qarnı ağrıyır və ikinci həftədə xəstə infeksiyadan, toksik şokdan ölür.

"Top 5-liy"i irsi "proqressiv fibrodisplaziya" xəstəliyi bağlayır ki, onun da nəticəsində əzələlərin, bağların və vətərlərin sümükləşməsi baş verir. Zaman keçdikcə sümükləşmələr dəri üzərindən də görünməyə başlayır və nə əməliyyat, nə də müalicə nəticə verir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti