Xəzər Xəbər

Satışa çıxarılan yenot Altıağac Milli Parkına təhvil verilib - FOTO

Cəmiyyət | 18:25 • 25 Sentyabr 2019
Satışa çıxarılan yenot Altıağac Milli Parkına təhvil verilib -

Sosial şəbəkələrdə "Təzə Bazar” adlanan satış mərkəzində vəhşi təbiətdən götürülmüş heyvanların saxlanması və satışı ilə bağlı yayılan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.


Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.


Araşdırma zamanı "Təzə Bazar”da 1 yenot, 4 kirpi və 2 tısbağanın satıldığı müəyyən edilib və heyvanlar satışdan çıxarılıb.


Satışla məşğul olan şəxsin kimliyinin müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbir görülməsi üçün Nəsimi Rayon Polis İdarəsinə müraciət olunub.


Yenot ETSN-nin Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib. Baytar həkimlərin nəzarəti altında müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq. Digər heyvanlar isə vəhşi təbiətə buraxılıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətə və heyvanlara həssas münasibət göstərdiklərinə görə ictimaiyyət nümayəndələrinə və bütün təbiətsevənlərə təşəkkürünü bildirir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti