Xəzər Xəbər

Ötən il 545 körpəni yaşı 16 və daha az olan qadınlar dünyaya gətirib

Cəmiyyət | 09:13 • 18 Sentyabr 2019
Ötən il 545 körpəni yaşı 16 və daha az olan qadınlar dünyaya gətirib

Azərbaycanda ötən il 545 uşaq yaşı 16-dək və 16 yaşda olan qadınlar tərəfindən doğulub.


2018-ci ildə 97 uşaq yaşı 16-dək, 448 uşaq 16 yaşda olan qadınlar tərəfindən dünyaya gətirilib.


2018-ci ildə ölkədə 20 yaşadək qadınlar tərəfindən ümumilikdə 13246 uşaq doğulub.


Son illər ərzində Azərbaycanda həm yaşı 16-dək olan, həm də 16 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı artıb. 2000-ci ildə 16 yaşa qədər qadınlar tərəfindən 24 uşaq,16 yaşda olan qadınlar tərəfindən 319 uşaq doğulub. Bu say sonrakı illərdə 2000-ci illə müqayisədə yalnız artmağa doğru dəyişib.


Son 15 il ərzində Azərbaycanda 20 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayının ən çox qeydə alındığı il 2011-ci il olub ki, həmin ildə də 20 yaşadək qadınlar tərəfindən dünyaya gətirilən 22 432 uşağın 170-nin anasının yaşı 16-ya qədər, 964-nün anası isə 16 yaşda olub.


Son 15 ildə 16 yaşa qədər qadınlar tərəfindən doğulan uşaqların sayının ən çox qeydə alındığı il isə 2014 olub. Həmin ildə 20 yaşadək qadınlar tərəfindən dünyaya gətirilən 19 267 uşağın 228-nin anasının yaşı 16-dək, 740-nın anasının yaşı 16, 2328-nin anasının yaşı 17, 6083-nün anasının yaşı 18, 9888-nin anasının yaşı 19 olub. (Trend)

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar