Xəzər Xəbər

Sürücülərə xəbərdarlıq - Babək prospekti bağlandı

Cəmiyyət | 10:51 • 29 Avqust 2019
Sürücülərə xəbərdarlıq -

Babək prospekti müvəqqəti bağlanıb.

Bu barədə APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, Babək prospektindən şəhər istiqamətinə gələndə yolun sağ tərəfində 100 metrlik məsafədə qabarmalar olduğundan həmin hissənin bərpasına başlanılıb. Buna görə də yol müvəqqəti olaraq bağlanılıb. Hazırda sürücülər kənar yola yönləndirilir.

A.Nəcəfli Babək prospektində işlərin axşam saatlarına qədər yekunlaşacağını və yolun açılacağını bildirib.

Xəbər lenti