Xəzər Xəbər

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

Cəmiyyət | 13:58 • 10 Avqust 2019
Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir.


Xezerxeber.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar 2019-cu il avqustun 23-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.


Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək. Boş qalan yerlərə ixtisas seçimi isə avqustun 27-dən sentyabrın 2-dək aparılacaq.

Xəbər lenti

Çox oxunanlar