Xəzər Xəbər

Günəş şüalarından qorunun Mütəxəssislərdən XƏBƏRDARLIQ

Cəmiyyət | 16:59 • 6 Avqust 2019
Günəş şüalarından qorunun

Günəş ləkələrinə qarşı diqqətli olun.

XəzərXəbər AzNews.az-a istinadla xəbər verir ki, mütəxəssislər yayda günəş ləkələrinin artmasına qarşı xəbərdarlıq ediblər.

"Günəş altında qalmaq məcburiyyətindəsinizsə, zərərli günəş şüalarından yüksək qoruyucu xüsusiyyətlərə malik məhsul seçdiyinizə əmin olun. Saat 10:00-16:00 arasında dərinizi birbaşa günəş işığına məruz qoymayın. Mənfi günəş şüalarının dəriyə bilavasitə təsiri nəticəsində, cildinizdə ən təhlükəli xərçənglərindən biri olan melanoma inkişaf bilər. Buna görə də, dərinizdə ləkələr yarandığı təqdirdə, mütəxəssisə müraciət edin.

Nəzərə alın ki, sıx və həddindən artıq makiyaj da dərinin məsamələrini tıxayır. Bir çox xəstəlikləri ortaya çıxarır, - deyə ekspertlər bildirirlər.

Mütəxəssislər qeyd edirlər ki, günəş şüasından düzgün faydalanmaq isə sağlamlıq üçün xeyirlidir.

Xəbər lenti

Çox oxunanlar