Xəzər Xəbər

Günəş şüalarının zərərli təsirindən necə qorunaq?

Cəmiyyət | 11:13 • 1 Avqust 2019
Günəş şüalarının zərərli təsirindən necə qorunaq?

Günəş şüaları bir sıra xəstəliklərin müalicəsində əhəmiyyətli rol oynayan antibakterial təsirə malikdir.

XəzərXəbər tibbi saytlara istinadla xəbər verir ki, Günəşin fotosintez və vitamin yaranmasını təmin etmək, istilik və işıq yaymaq, mikrobları öldürmək və insan əhval-ruhiyyəsinə müsbət təsir göstərmək kimi faydalı xüsusiyyətləri var. Bəzi dəri xəstəliklərinin müalicəsi üçün də Günəş şüaları məsləhət görülür. Günəş işığı həm də xoşbəxtlik hormonu ifrazını artırır.

Bütün bunlara baxmayaraq, Günəş şüalarının həddindən artıq qəbulu xəstəliyə və xroniki proseslərin kəskinləşməsinə səbəb ola bilər. Günəş şüalarının ən təhlükəlisi ultrabənövşəyi şüalardır, çünki həmin şüaların təsiri bədəndə müxtəlif ləkə, səpgi, dermatoz və bir sıra digər dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilər.

Həkimlər Günəş şüaları altında qaralma zamanı yol verilən səhvlər və qaydalara riayət olunmamasının bədəndə bir sıra fəsadlara, o cümlədən bədxassəli şişlərin yaranmasına da səbəb ola biləcəyini bildirirlər. Ona görə də günəş vannası müəyyən normalar daxilində qəbul edilməldir.

Günəş şüalarının zərərli təsirindən qorunmaq üçün geniş kənarları olan şlyapa qoymaq, eynək taxmaq, açıq rəngli yüngül geyimlərdən istifadə etmək lazımdır. Buludlu havalarda Günəş radiasiyası yarıbayarı azalır, buna baxmayaraq həmin hava şəraitində də qorunmaq və kölgədə qalmağa çalışmaq lazımdır. Ona görə də günorta saatlarında açıq havada olmaq məsləhət deyil. Bol maye qəbul etmək də vacib şərtlərdən biri sayılır.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar