Xəzər Xəbər

Təhlükəsiz arıqlamaq formulu tapıldı

Cəmiyyət | 11:04 • 27 İyul 2019
Təhlükəsiz arıqlamaq formulu tapıldı

ABŞ-dan olan alimlər insan sağlamlığına mənfi təsir göstərməyən effektiv arıqlamaq formulunu tapıblar.

Bu barədə "kp.ru” məlumat verir.

Mütəxəssislər bildirirlər ki, gündəlik kalori qəbulunu azaltmaqla çəki itirmək və həzm prosesini yaxşılaşdırmaq mümkündür. Alimlərin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, 50 yaşdan yuxarı olan şəxslər gündəlik rasionunu 300 kalori azaltmaqla qəbul etsələr, iki ildən sonra 7 kq-a qədər arıqlayacaqlar.

Amerikalı alimlər aparılan tədqiqatlar əsasında çəkinin azaldılmasının xüsusi formulunu yaradıblar. Belə ki, cari çəkini fəallıq əmsalına vurub, alınan rəqəmdən 10-15%-ni çıxmaq lazımdır.

Fəallıq əmsalı isə aşağıdakı kimidir:

28 – əgər siz idmanla məşğul olmursunuzsa.

31 – əgər hər gün ən azı 10 min addım yeriyir və həftədə 2-3 dəfə məşq edirsinizsə.

33 – əgər həftədə 5 dəfə və daha çox məşq edirsinizsə.

Xəbər lenti