Xəzər Xəbər

On iki nəfər Azərbaycan vətəndaşı Latviyanın təhsil təqaüdünə layiq görülüb

Cəmiyyət | 16:08 • 16 İyul 2019
On iki nəfər Azərbaycan vətəndaşı Latviyanın təhsil təqaüdünə layiq görülüb

Azərbaycan Respublikası hökuməti ilə Latviya Respublikası hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq, 2019-2020-ci tədris ili üzrə Latviya Hökumətlərarası Təqaüd Proqramı üçün qarşı tərəfdən keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən bildiriblər ki, müsabiqə nəticəsində 12 nəfər Azərbaycan vətəndaşı qeyd edilən təqaüdə layiq görülüb.

Qeyd edək ki, Latviya hökumətinin bu təqaüdünə layiq görülən digər 28 ölkə üzrə ən çox təqaüd qazanmış ölkələr arasında Azərbaycan 2-ci yerdədir.

Seçim barədə Latviya tərəfindən verilən yekun qərara əsasən, saziş üzrə Azərbaycan vətəndaşları Latviyanın "Riga Technical University”, "University of Latvia”, "Latvia University of Agriculture” və "Riga Graduate School of Law” ali təhsil müəssisələrində müxtəlif ixtisaslar və təhsil səviyyələri üzrə bakalavriat (2 nəfər), magistratura (6 nəfər), doktorantura (2 nəfər) və tədqiqat işi (2 nəfər) üzrə təhsilini davam etdirmək hüququ qazanıblar.

Müvafiq təqaüd proqramı barədə bu il fevralın 8-də elan verilib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti