Xəzər Xəbər

Hər il Azərbaycanda 20 mindən çox qanunsuz miqrant aşkarlanır

Cəmiyyət | 19:12 • 12 İyun 2019
Hər il Azərbaycanda 20 mindən çox qanunsuz miqrant aşkarlanır

Azərbaycanda Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mübarizə istiqamətində ciddi addımlar atır. İl ərzində orta hesabla 20 mindən çox qanunsuz miqrant aşkarlanır. Onların bir hissəsi könüllü olaraq öz ölkələrinə göndərilir. Bir hissəsinin isə ölkə ərazisində qalmaları leqallaşdırılır və ya ölkədən çıxarılır. Bu, miqrantların təhlükəsizliyi, eləcə də insan alveri qurbanına çevrilməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.


AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 12-də "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın gücləndirilməsi” layihəsinin başa çatması ilə bağlı keçirilən konfransda DMX rəisinin müavini Pərviz Musayev deyib.


P.Musayev qeyd edib ki, layihə DMX-nin əməkdaşları üçün çox faydalı olub. Xidmət tərəfindən qanunsuz miqrasiyaya qarşı aparılan tədbirlər zamanı qurumun əməkdaşları saxlanılan şəxslər, qanunsuz miqrantlar arasından insan alverinin qurbanı olanların müəyyənləşdirilməsi qaydalarına yiyələniblər. DMX-nin gördüyü bu tədbirlər Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə həyata keçirilir. 2018-ci ildə qanunsuz miqrantların Azərbaycana gətirilməsi kanalları DMX tərəfindən görülən tədbirlər nəticəsində aşkarlanıb. Aparılmış araşdırmalar nəticəsində konkret şəxslər müəyyənləşdirilib. Bu faktlar sübut edir ki, insan alverinə qarşı mübarizə üzrə layihələrin icrası çox vacibdir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar