Xəzər Xəbər

Qırmızı soğan bu xəstəlikdən də qoruyurmuş

Cəmiyyət | 11:50 • 28 May 2019
Qırmızı soğan bu xəstəlikdən də qoruyurmuş

Alimlər qırmızı soğanı ən faydalı soğan növü hesab edirlər. Quelf Universiteti (Kanada) alimləri qırmızı soğanın xərçəng toxumalarına olan təsirini araşdırıblar.

Sağlamolun.az-ın məlumatına görə, onlar belə nəticəyə gəliblər ki, qırmızı soğanın tərkibində olan kversetin və antosian maddələri bağırsaq xərçəngi toxumasının artmasını ləngidir.

Kversetin DNT-ni zədələyən və xərçəngin inkişafına təkan verən sərbəst radikalları neytrallaşdırır və həmçinin orqanizmə iltihabəleyhinə təsir edir.

Antosian maddələri də qımızı soğanın xərçəng əleyhinə xüsusiyyətlərini daha da artırır.

Mütəxəssislər xərçəngin profilaktikası məqsədi ilə qidalanmaya daha tez-tez qırmızı soğanı daxil etməyi tövsiyə edirlər.

Xəbər lenti