Xəzər Xəbər

Yol polisi UEFA-nın final oyunu ilə əlaqədar məlumat yayıb

Cəmiyyət | 09:51 • 20 May 2019
Yol polisi UEFA-nın final oyunu ilə əlaqədar məlumat yayıb

Baş Dövlət Yol Polisi İdarəsi UEFA-nın final oyunu ilə əlaqədar məlumat yayıb.


İdarədən verilən məlumata görə, may ayının 29-da Bakı şəhərinin Olimpiya Stadionunda UEFA Avropa Liqasının Arsenal-Çelsi futbol klublarının iştirakı ilə keçiriləcək final oyununa tamaşa etmək üçün xarici dövlətlərdən paytaxtımıza gələcək çox saylı qonaqların, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi əlaqəli qurumlarla birlikdə zəruri tədbirlər həyata keçirir.


Bununla əlaqədar Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə avtomobillərin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədi ilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlarımıza carı ilin may ayının 27-dən 30-dək olan müddətdə, ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslardan istifadə etməyi tövsiyə edilir. Sumqayıt sakinləri isə avtobuslarla yanaşı Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə edə bilərlər.


Bakı şəhərinin giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş və mühafizə olunan ödənişsiz duracaqlar fəaliyyət göstərir. Paytaxta fərdi minik avtomobilləri ilə gəlmək məcburiyyətində qalan şəxslər avtomobillərini həmin duracaqlarda saxlayaraq xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə bilərlər.


Eyni zamanda paytaxt sakinlərindən həmin müddət ərzində fərdi nəqliyyat vasitələrdən mümkün qədər az istifadə etmələri, xüsusilə Bakı şəhərinin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri tövsiyə edilir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024

Xəbər lenti