Xəzər Xəbər

Bu yollarda təmir işləri aparılır

Cəmiyyət | 12:44 • 29 Aprel 2019
Bu yollarda təmir işləri aparılır

Bakı şəhəri, Nəriman Nərimanov küçəsinin hər iki tərəfində, həmçinin Heydər Əliyev prospekti Böyük Şor qovşağı ilə Sabunçu yol qovşağının kəsişməsində bu gün gündüz və gecə saatlarında nəqliyyat qəzaları nəticəsində yararasız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti