Xəzər Xəbər

Təbii yağ axtarışında olanlar bu məqalə sizin üçündür

Cəmiyyət | 15:57 • 28 Aprel 2019
Təbii yağ axtarışında olanlar

Aldığımız kərə yağının keyfiyyətini müəyyən etmək üçün bu şərtlərə əməl etmək lazımdır.

Öncə yağın tərkibini yoxlayın. Əsl kərə yağının tərkibi yağ və qaymaqdan ibarət olmalıdır. Paketin üzərində "yağ” sözünə rast gəlməsəniz, demək bu marqarindir. Əsl kərə yağını maya dəyərinə görə də müəyyən etmək mümkündür. Axı inək südü bahalıdır. Ondan hazırlanan təbii yağ da əvəzləyicilər kimi ucuz ola bilməz. Təbii kərə yağı nə sarı, nə də çox ağ olur. Həmçinin büküldüyü qaba, bıçağa yapışmır. Toxunanda bərk olmalıdır. Yağ keyfiyyətli qaymaqdan hazırlanıbsa, bərk yə hamar olacaq. 

Soyuducudan çıxarandan sonra yağı kəsəndə xırda parçalara ayrılır, çörəyin üzərinə hamar şəkildə sürtülmürsə, demək tərkibində kimyəvi qatqılar var./publika.az

Xəbər lenti

Çox oxunanlar