Xəzər Xəbər

Ramazanda oruc tutmaq istəyənlər, DİQQƏT! Bu hazırlıqları görün

Cəmiyyət | 15:22 • 28 Aprel 2019
Ramazanda oruc tutmaq istəyənlər, DİQQƏT!

Ramazan ayının başlamasına 9 gün qalıb.


Ramazan ayında oruc tutanların sağlam şəkildə qidalanması olduqca vacibdir. XəzərXəbər Ramazan ayını sağlam keçirməyin 8 üsulunu təqdim edir:


1. Porsiyaları azaldın

Gün ərzində qəbul etdiyiniz yemək porsiyalarınızı kiçiltməyə ehtiyac var.


2. Su istehlakını artırın

Ramazan ayında ən böyük problem aclıqdan çox susuzluqdur. Ramazandan öncə susuzluğa vərdiş etmək üçün su içməmək çox yanlışdır. Gündə 8-10 stəkan su için.


3. Ağır və yağlı qidalardan uzaq durun

Ramazan ayı öncəsi yağlı, şəkərli və duzlu qidaları azaldın. Qida qəbulunda meyvə və tərəvəzə daha çox üstünlük verin.


4. Duzu azaldın

Duz həm susuzluq gətirir, həm də insanın müqavimət qabiliyyətini azaldır.


5. Yatmazdan 3 saat əvvəl qida qəbulunu dayandırın

Buna əməl etsəniz, iftardan sonra da yemək vərdişiniz olmayacaq və daha rahat mədə ilə oruc tutacaqsınız.


6. Çay və kofeni azaldın

Çay və ya kofe orqanizmin suyunu azaldır.


7. Səhər yeməyi yeyin

Səhər yeməyi yeyən deyilsinizsə, oruc öncəsi səhərlər qalxıb, yeməyə çalışın. Səhər qidalanmasında yumurta, pendir, süd, qatıq, çörək, zeytun, qoz ləpəsi, kompota daha çox üstünlük verin.


8. Mədə probleminiz varsa, mütləq həkimə gedin

Ac olarkən mədədə turşu ifrazı və həzm sisteminin hərəkətliliyi azalır. Uzun müddət ac qalmaq onikibarmaq bağırsaq xorası və qastriti olan xəstələrdə şikayətlərin artmasına səbəb olur. Mədənizdə xora və başqa xəstəlik varsa, mütləq həkimə gedin.


Redakor.az

Xəbər lenti

Çox oxunanlar