Xəzər Xəbər

Yeni peyvənd növü tətbiq edildi: 2 yaşına qədər uşaqlara...

Cəmiyyət | 18:18 • 23 Aprel 2019
Yeni peyvənd növü tətbiq edildi: 2 yaşına qədər uşaqlara...

Dünyanın bir çox bölgəsində hər il yüzminlərlə insanın ölümünə yol açan malyariya xəstəliyinə qarşı düzəldilən peyvənd istifadə olunmağa başlanıb.

Peyvənd tarixdə ilk dəfə Afrika ölkəsi Malavidə tətbiq edilib.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi açıqlamada malyariya xəstəliyinə qarşı sınaq proqramının Malavidə başladıldığını və gələcəkdə Qana, Keniya kimi ölkələrdə də tətbiq ediləcəyi bildirilirb.

"RTS,S" adı qoyulan və 2 yaşına qədər uşaqlara tətbiq olunan peyvənd 30 illik tibbi çalışmanın nəticəsidir. Kliniki testlərdə peyvəndin 10 malyariya xəstəliyindən 4-nün qarşısını aldığı isbatlanıb.

Hər il dünyada təxminən, 435 min insan malyariya xəstəliyinin qurbanı olur. Bu xəstəliyə ən çox 5 yaşdan kiçik uşaqlar yoluxur. Xəstəliyin ən geniş miqyasına Afrikada rast gəlinir. Malyariyanın simptomları qızdırma, titrətmə, tərləmə, baş ağrısı, ürəkbulanma, qusma, əzələ ağrısı, halsızlıqdır./publika.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar