Xəzər Xəbər

Yanvar-fevral aylarında 8237 nikah qeydə alınıb

Cəmiyyət | 17:45 • 18 Aprel 2019
Yanvar-fevral aylarında 8237 nikah qeydə alınıb

Bu ilin ilk iki ayı ərzində 8237 nikah və 2718 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,1-dən 5,2-yə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Bu barədə xezerxeber.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 278 nəfər gələn, ölkədən isə 226 nəfər gedən qeydə alınıb. Ölkə üzrə miqrasiya saldosu müsbət 52 nəfər təşkil edib.

Xəbər lenti

Çox oxunanlar