Xəzər Xəbər

İtaliya və Azərbaycan arasında seysmologiya sahəsində əməkdaşlıq genişlənir

Cəmiyyət | 14:40 • 18 Aprel 2019
İtaliya və Azərbaycan arasında seysmologiya sahəsində əməkdaşlıq genişlənir

Azərbaycanda səfərdə olan İtaliya Milli Tədqiqat Şurasının üzvü, İtaliyanın

Ətraf Mühitin Analizinin Metodologiyası İnstitutunun professoru Luciano Telesca

AMEA-nın Yer Elmləri bölməsində bölmənin akademik-katibi, akademik Fəxrəddin

Qədirov və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş

direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə

görüşüb. 

Görüşdə AMEA Geologiya və Geofizika İnsitutunun əməkdaşları -

geologiya-mineralogiya elmlər doktoru Rafiq Səfərov, geologiya-mineralogiya elmlər

doktoru Qulam Babayev, RSXM-nin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin

müdiri,geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova da

iştirak ediblər.

Qonağa Azərbaycanda aparılan seysmoloji tədqiqatlar və alınmış nəticələr

haqqında ətraflı məlumat verilib.

Luciano Telesca Azərbaycan seysmoloqlarının gördüyü işləri yüksək

qiymətləndirərək, burda aparılan tədqiqatların maraq doğurduğunu qeyd edib.


Tərəflər arasında İtaliya və Azərbaycan arasında seysmologiya sahəsində

ikitərəfli əməkdaşlıq və gələcəkdə birgə layihələrin həyata keçirilməsinə dair də fikir

mübadiləsi aparılıb.


Xəbər lenti