Xəzər Xəbər

10 milyonuncu sakinin valideynləri kimdir? Polis və müəllim...

Cəmiyyət | 13:31 • 6 Aprel 2019
10 milyonuncu sakinin valideynləri kimdir?

Xəbər verdiyimiz kimi, aprelin 6-da keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkünOcaqova Nigar Çərkəz qızıiləHəsənov Rauf Yunis oğlununailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.


Unikal.org Azərbaycanın 10 milyonuncu sakini dünyaya gələn körpənin ailəsinin kimliyini araşdırıb. Məlum olub ki, Həsənov Rauf Yunis oğlu Ağdam rayonunun Baş Güneytəpə kəndində anadan olub. Rauf Həsənov hazırda Bakıda polis əməkdaşıdır. Nigar Orucova isə Abşeronda məktəblərin birində müəllim kimi çalışır.


Ailə Abşeron rayonu Sulutəpə qəsəbəsində məskunlaşıb.

Xəbər lenti