Xəzər Xəbər

Bakının bir hissəsində su olmayacaq

Cəmiyyət | 17:53 • 6 Mart 2019
Bakının bir hissəsində su olmayacaq

Qaradağ rayonunun bir hissinə içməli suyun verilməsi dayandırılacaq.


"Azərsu” ASC-dən xezerxeber.az-a bildirilib ki, Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar martın 6-da gecə saatlarınadək Bakının Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrinə) içməli suyun verilməsi dayandırılacaq. Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti

Çox oxunanlar