Xəzər Xəbər

Yaxın 3 günün havası: Temperatur yenidən... - ETSN

Cəmiyyət | 14:20 • 19 Yanvar 2019
Yaxın 3 günün havası:

Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Teleqraf.com-a açıqlamasında bildirib ki, növbəti günlərdə ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı istisna olunmur”.

Onun sözlərinə görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksələcək: "Bakıda şimal qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Rayonlarda da qərb küləyi əsəcək, ayın 21-i arabir güclənəcək”.

Direktor qeyd edib ki, Bakıda 6-9, Mərkəzi Aranda 7-10, dağlıq ərazilərdə 0-5 dərəcə isti olacaq.

Xəbər lenti