Xəzər Xəbər

Təkcə şəhidlərimiz yox, onların yaxınları da unudulmur

Cəmiyyət | 16:59 • 2 Yanvar 2019
Təkcə şəhidlərimiz yox, onların yaxınları da unudulmur

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi ilə əlaqədar Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, Göyçay rayonunun Çərəkə kəndindən şəhid Lətif Həkimovun ailəsi də 11 min manat məbləğində birdəfəlik ödəməni artıq alıb.


Şəhidin qardaşı Rahim Həkimov birdəfəlik ödəmənin verilməsinin ailə üzvləri tərəfindən minnətdarlıqla qarşılandığını vurğulayaraq, fikirlərini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb: "Prezidentimizin növbəti humanist təşəbbüsü Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən oğul və qızlarımızın xatirəsinə, onların yaxınlarına diqqət və qayğının bariz göstəricisidir. Valideynlərimiz artıq bu dünyadan köçüblər. Verilən 11 min manat məbləğində birdəfəlik yardımı aldım. Bu pul ailəmizin maddi vəziyyətinin yaxşılaşdırılması üçün sərf olunacaq. Prezidentimizə ürəkdən minnətdarıq. Təkcə şəhidlərimiz yox, onların yaxınları da unudulmur”.


Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə əlaqədar şəhid qardaşının məzarını ziyarət etdiklərini, onun xatirəsini andıqlarını söyləyən R.Həkimov deyib ki, Lətif 1974-cü ili mayın 16-da Çərəkə kəndində anadan olub. O, 18 yaşında hərbi xidmətə yollanıb. 1993-cü il martın 21-də Ağdərə döyüşlərində qəhrəmancasına şəhid olan Lətif Həkimov doğulduğu kənddə dəfn edilib.


Xəbər lenti